Elmar Məmmədyarov Nyu-Yorka gedib

  • By admin
  • 24 May 2017 08:50

elmar_memmedyarov_056

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

XİN-nin Mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, səfər əsnasında E.Məmmədyarovun BMT-nin rəhbərliyi ilə görüşləri, Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi və Respublika günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirakı nəzərdə tutulub.

Gununsesi.info