
Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana işgüzar səfər edəcək.
XİN Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, E.Məmmədyarovun Qazaxstana səfəri iyulun 13-nə reallaşacaq.
Səfərin məqsədi Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşündə iştirak etməkdir. Səfər çərçivəsində E.Məmmədyarovun toplantıda iştirak edən digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.
Gununsesi.info