Elmar Məmmədyarov Tacikistanın yeni səfirini qəbul edib

  • By admin
  • 29 Avqust 2017 16:46

1-dsc-3383

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Soli Rüstəmi qəbul edib.

XİN-in mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim etdi.

S. Rüstəm ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E. Məmmədyarov S. Rüstəmə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

1-dsc-3388

Gununsesi.info