Vaşinqtonda Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin görüşü baş tutub.
Gununsesi.org xəbər verir ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlığının siyasi gündəliyinə daxil olan bir sıra məsələləri müzakirə etdilər.
Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirilib və bu xüsusda ölkəmizin strateji önəmi Dövlət katibinin müavini tərəfindən vurğulanıb.
Tərəflər habelə bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrini, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.
Gununsesi.org