Elmar Məmmədyarov Venesuelada görüşlər keçirdi

  • By admin
  • 18 Sentyabr 2016 16:31

download-5

 

Qoşulmama Hərəkatının Venesuelanın Marqarita adasında keçirilən zirvə toplantısında iştirak edən xarici işlər naziriElmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra, İndoneziyanın xarici işlər naziri Retno Marsudi, Cənubi Afrikanın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane, Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşlər keçirib.

HTML tutorial

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, görüşlərdə ikitərəfli siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.

Eyni zamanda Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində duran məsələlər müzakirə edilib. Görüşlərdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. E. Məmmədyarov tərəf müqabillərinəErmənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mövcud vəziyyəti haqqında məlumat verib. Xarici işlər naziri Qoşulmama Hərəkatı çərçivəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllinə münasibətdə ifadə olunan ardıcıl ədalətli mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb.

  1. Məmmədyarov Venesuelada keçirilən zirvə toplantısında Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasının gözləndiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan sədrlik dövründə Hərəkatın məqsəd və məramlarının təşviqi və inkişafı istiqamətində səylərini əsirgəməyəcək.

 

Gununsesi.info