Elmar MəmmədyarovMacarıstana səfər edəcək

  • By admin
  • 30 Avqust 2017 10:12

elmar

Xarici işlər naziri Elmar MəmmədyarovMacarıstana səfər edəcək.

XİN-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, səfərin məqsədi avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər Nazirlərinin toplantısında iştirak etməkdir.

E.Məmmədyarovun tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Gununsesi.info