Elmar Məmmədyarovu kim əvəzləyəcək? – Arzu Nağıyevin şərhi

Ötən həftə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) daxil olmuş məlumatlar əsasında Xarici İşlər Nazirliyində (XİN) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri diqqəti xarici siyasəti idarəsinə yönəldib.
Xarici İşlər Nazirliyindəki həbslərdən sonra yeni nazirin kim olacağına dair müzakirələr başlayıb

Gununsesi.org bildirir ki, deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bu barədə suala cavab verib. “Məlumdur ki, Xarici İşlər Nazirliyi ən strateji əhəmiyyətli dövlət qurumlarından biridir və dövlətin xarici siyasətinin tənzimlənməsini bilavasitə həyata keçirir. Nazir Elmar Məmmədyarov öz vəzifəni hazırda icra edir, onun vəzifədə qalıb-qalmaması cənab prezident İlham Əliyevin sərəncamı ilə həll edilir. Yəni bu gün kimin təyin ediləcəyi, kimin daha layiqli olması məsələsindən danışmaq tezdir. Bunu zaman göstərəcək və təbii ki, istintaqın gedişi də mühüm rol oynayacaq”.
Bu mənada A.Nağıyev konkret ad çəkmədi: “Azərbaycanda kifayət qədər öz işini bilən, peşəkar, xarici siyasəti və bunun prioritet istiqamətlərini bacaran kadrlar var. Bir daha qeyd etmək istəyirəm ki, vəzifəyə təyinat da, azad etmə də cənab Prezidentin səlahiyyətidir”.

Gununsesi.org