Elmar Məmmədyarov bu gün Nalbandyanla görüşəcək

  • By admin
  • 18 Yanvar 2018 09:00

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Polşanın Krakov şəhərində görüşəcəklər.

Gununsesi.info xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Gununsesi.info