Elmar Məmmədyarov ölkədən çıxışına məhdudiyyət qoyulması haqqında danışdı

  • By admin
  • 14 Avqust 2020 22:27

Azərbaycanın keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarov mətbuata açıqlama verib.

Keşmiş nazir Gununsesi.org-un ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı xəbərinə aydınlıq gətirib.

Gununsesi.org Yeniavaz.com-a istinadla xəbər verir ki, Unikal.org-a açıqlama verən Elmar Məmmədyarov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

“Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də, yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu deyim ki, istintaqa çağırılmamışam”.

Qeyd edək ki, keçmiş nazir bu açıqlaması ilə Bakıda olduğunu və heç bir yerə getmədiyini etiraf edib.

Gununsesi.org