Elmar Məmmədyarov və Edvard Nalbandyan sentyabrın 23-də görüşəcək

  • By admin
  • 22 Sentyabr 2017 12:40

Memmedyarov Nalbandyan

Ermənistan və Azərbaycan xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovun Nyu-Yorkda görüşünün sentyabrın 23-də keçiriləcəyi təsdiqlənib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan “Amerikanın səsi” radosuna bildirib.

Erməni nazir deyib ki, görüşdə əsasən prezidentlərin mümkün görüşünün təşkili və ATƏT-in Minsk Qrupu həmsədrlərin regiona səfəri müzakirə olunacaq.

Gununsesi.info