Elmar Məmmədyarovun atası reanimasiyaya yerləşdirildi

  • Müəllif: admin
  • 08 May 2017 16:00

1494241661-0359

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun atasının səhhəti pisləşib. 

Gununsesi.info “Qafqazinfo”ya istinadən məlumat verir ki, nazirin 93 yaşlı atası Məhərrəm Məmmədyarov ötən gün xəstəxanaların birinə yerləşdirilib. Xəstəxanadan saytımıza bildirilib ki, o, hazırda reanimasiyadadır.

M.Məmmədyarovun çalışdığı Neft-Kimya Prosesləri İnstitutundan isə bildirilib ki, o, bu gün işə gəlməyib. Qeyd olunub ki, M.Məmmədyarov sonuncu dəfə mayın 5-də işdə olub.

Qeyd edək ki, M. Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür. 1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.

Gununsesi.info