Elmar Vəliyev haqqında ən son xəbər - GÜLLƏLƏNƏN İCRA BAŞÇISI İYULUN SONUNDA ÖLKƏYƏ QAYIDACAQ

  • By admin
  • 07 İyul 2018 11:59

Sui-qəsdə məruz qalan Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin İsrailə aparılmasına dair məlumat vermişdik. Lakin icra başçısının Baş Prokurorun müavini işləyən qardaşı onun ölkədən çıxarılmasını təkzib etməsə də qardaşının İsraildə olmadığını idda edib.

Gununsesi.info Elmar Vəliyevlə bağlı ən son məlumatları əldə edib. Belə ki, İsraildə dünya səviyyəli həkimlərin müayinəsindən keçən icra başçısının səhhətinin qənaətbəxş olduğu bəlli olub.

Bununla yanaşı onun müalicə dövrünü tez başa vurması üçün Almaniyanın ixtisaslaşdırılmış reablitasiya mərkəzlərindən birinə aparılıb. Mənbəmizin məlumatına görə, iyul ayının sonlarına qədər icra başçısı Almaniyada qalacaq.

Gununsesi.info