Elmar Vəliyevin üzərində tibbi ekspertiza keçirildi - SABİQ BAŞÇI YUNİS SƏFƏROVLA ÜZLƏŞMƏMƏK ÜÇÜN RƏY ALDI

  • By admin
  • 08 İyul 2021 10:29

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev tibbi ekspertizadan keçirilib.

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən bildirilib.

Ekspertizaya səbəb isə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən “Gəncə İşi” çərçivəsində sabiq başçıya sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovun vəkillərinin vəsatəti barədə qərar olub.

Qeyd edək ki,  vəkilləri Elmar Vəliyevin anlaqsız olduğunu və məhkəməyə gələ bilmədiyini iddia edib.

Elmar Vəliyevin məhkəməyə gətirilməsini tələb edən Yunis Səfərovun vəkilləri onun suallara cavab verməsini istəyib.

Məhkəmənin vəsatəti qəbul etməsindən sonra sabiq başçı üzərində yenidən tibbi ekspertiza təyin edilib.

Nəticədə Elmar Vəliyevin aldığı zərbədən sonra psixi pozğunluğu müəyyən edilib.

Məlumata görə, məhkəmə iyulun 15 də davam etdiriləcək.

Gununsesi.info