Sözügedən bazar yerli əhali arasında Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olması ilə tanınır.
Belə ki, Gununsesi.info-nun özəl mənbələrə istinadən verdiyi xəbərə görə, bankdan götürülmüş 5 milyon manatlıq kreditin 3 milyon 800 mini qaytarılmamışdı.
Bank bu vəsaitlə yanaşı, 99 min 996 manat faiz borcu gecikmənin hər günü üçün illik 30 faiz dərəcəsi hesablanmaqla və 250 min 589 manat da cərimə olmaqla, ümumilikdə 4 milyon 182 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırmışdı.
Tələb olunurdu ki, məhkəmə borcun girov qoyulmuş əmlakın yönəldilməsinə qərar versin.
İndi isə məsələ ilə bağlı yeni detallar məlum olub.
Məlumata görə, Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.
Obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.
Məşhur bazarın satılması ilə bağlı ilk hərrac avqustun 11-də baş tutacaq.
Bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.
Onu da xatırladaq ki, Elmar Vəliyev Gəncənin icra başçısı vəzifəsindən 2018-ci ildə azad olunub.
Elmar











