Elmir Süleymanova həm təqdir, həm də tənqid olundu

  • By admin
  • 07 Mart 2017 14:31

elmira

Milli Məclisin (MM) bu gün keçirilən iclasında İnsan haqları üzrə müvəkkilin (Ombudsman) illik məruzəsi müzakirə olunub.

Gununsesi.info-nun məlumatına görə,  məruzəni Ombudsman Elmira Süleymanova tədqim edib.

Bildirilib ki, 2016-cı ildə Ombudsmana 20 minə yaxın müraciət daxil olub.

Məruzədə qeyd edilib ki, ötən ildə Müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən 2016-cı ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq plan üzrə və ya plandankənar olmaqla, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə, 337, o cümlədən plan üzrə 254, plandankənar isə 83 başçəkmə həyata keçirilib.

Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 204, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 65, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanası və Müvəqqəti saxlanılma yerinə 4, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 1, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 27, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat , ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərinə 6, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evinə 23, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 5 başçəkmə həyata keçirilib.

Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 691, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 497, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 800-dək saxlanılan şəxslə birlikdə, həmçinin bu müəssisələrdə çalışan 500-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici fərdi söhbətlər aparılıb.

MM sədrinin müavini Bahar Muradova bildirib ki, məruzə yüksək səviyyədə tərtib olunub və geniş müzakirəyə ehtiyac yoxdur.

Çıxış edən bəzi deputatlar isə məruzəni müsbət qiymətləndirməklə  yanaşı, sənədə bir sıra iradlarını da bildiriblər.

Məruzə müzakiərlərdən sonra səsə qoyularaq qəbul olunub.

 

Kamil

Gununsesi.info