Elmira Axundova “Heydər Əliyev sözünü maşınların kapotlarından yığışdırmaq lazımdır”

  • By admin
  • 14 Oktyabr 2016 12:22

elmira-axundova

Millət vəkili Elmira Axundova parlamentin bugünkü plenar iclasında mərhum dövlət başçısı Heydər Əliyevin səsinin və adının aidiyyatı olmayan yerlərdə işlədilməsinə əleyhinə olduğunu bildirib. 

Gununsesi. info xəbər verir ki, o, bu məsələdə xüsusilə dövlət yol polisinin üzərinə məsuliyyət düşdüyünü vurğulayıb: “Heydər Əliyev sözünü  maşınların kapotlarından yığışdırmaq  lazımdır. Eyni zamanda onun səsini  telefonlardan yığışdırılması gərəkdir. Mən onun səsini zəng əvəzinə telefonuma yükləməyəcəm, adını maşınımın kapotuna da yapışdırmayacam. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır. Bu yaxınlarda bir diplomat mənə zəng elədi ki, sizin yol polisi əməkdaşları  hara baxır? ! Heydər ƏIiyevin adı maşın kapotuna yazılıb”.

Gununsesi. info