
Milli Məclisin (MM) üzvü Elmira Axundova deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsini təklif edib.
Gununsesi.info-nun məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən E. Axundova deyib ki, bu insanların çoxunun mənzili yoxdur. O, sosial ipoteka üçün 3 il dövlət qulluqçusu stajı tələb olunduğunu nəzərə çatdırıb:
“Xahiş edirəm ki, 125 deputat köməkçisinə 5 il fəaliyyətləri ərzində dövlət qulluqçusu statusu verilməsi məsələsi həllini tapsın”.
Mürtəza
Gununsesi.info