Elmira Süleymanova ilə vida mərasimi keçirilir

Bu gün dünyasını dəyişən sabiq Ombudsman Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Bildirilir ki, mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.