
Martın 7-də Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovan fəaliyyəti ilə bağlı Milli Məclisdə illik hesabat verəcək.
Bu haqda Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu E.Süleymanovanın Ombudsman kimi sonuncu illik hesabatı olacaq.
Xatırladaq ki, Ombudsman 7 ildən bir seçilir. 2017-ci ilin mart ayında E. Süleymanovanın fəaliyyət müddəti başa çatır. Bu onun 7 illik səlahiyyət müddətinin sonuncu illik hesabatı olacaq.
Gülnaz Qənbərli
Gununsesi.info