“Elmlər Akademiyası” metro stansiyasının köhnə çıxışının açılışına saylı günlər qaldı.
Bunu Gununsesi.info-ya açıqlamasında “Bakı Metropoliten” QSC-nin mətuat katibi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, “Elmələr Akademiyası” metrostansıyasının sentyabrın 15-də açılması planlaşdırlır: “Artıq təmir bərpa işlərnin böyük hissəsi yekunlaşıb. Artıq çox işləri bitirmişik. Hazırda yüngül kosmetik işləri aparırıq. Bütün işlər yaxın 2-3 gün ərzinə bitəcək”.
N. Paşayev onu da əlavə etdi ki, plana uyğun olaraq metrostansiya oktyabrda açılması nəzərdə tutulsa da, stansiya dərs ilinin başlandığı gün açılması planlaşdırılır.
Mürtəza
Gununsesi.info