Elnarə Abdullayeva Zaur Kamala etiraz etdi - "OYNAMARAM"

  • By admin
  • 03 May 2017 14:58

elnare zaur

Əməkdar artist Elnarə Abdullayeva Xəzər TV-də yayımlanan “5/5” verilişinin qonağı olub.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, aparıcı Zaur Kamal muğam ifaçısından “Naz eləmə” mahnısına oynamağı xahiş edib.

Elnarə Abdullayeva isə heç vaxt oynamadığını söyləyib və etirazını bildirib:

“Mən xalqın içində əlimi qaldıra bilmərəm. Yox, mümkün deyil. Ağsaqqalların qarşısında əl qaldırmaram. Oxuya bilərəm, amma oynamaram. Toylarda da oynamıram. Heç vaxt da oynamamışam. Bundan utanıram. Oynasam xəcalətimdən ölüb yerə girərəm.

Gununsesi.info