Elnarə Abdullayevanın ailəsində üzücü xəbər

Əməkdar artist Elnarə Abdullayevanın qayınanası xəstəxanaya yerləşdirilib. 

Gununsesi.info xəbər verir ki, bu haqda aparıcı Aytəkin Mərdanova “Qonaqcanlı” verilişində deyib. O bildirib ki, müğənninin qayınanası insult keçirib. Hazırda vəziyyəti ağır olan qadın həkim nəzarətindədir.

Qeyd edək ki, Elxan adlı bəylə ailəli olan ifaçının iki övladı var.