Elnarənin doğuş anları yayıldı - FOTO

  • By admin
  • 15 İyul 2016 17:35

elnara

 

Şou-biznesin çoxuşaqlı anası statusu almış Elnarə Xəlilovanın 4-cü körpəsinin dünyaya gəlişinin görüntüləri yayılıb. Gununsesi.info-nun məlumatına görə, müğənninin fotoşəkillərini qeysəriyə əməliyyatını həyata keçirən həkim paylaşıb. Sözügedən foto maraqla qarşılanıb.

Qeyd edək ki, müğənni Elnarə Xəlilova dünən gecə üçüncü oğlan övladını dünyaya gətirib. Qeysəriyə yolu ilə doğulan körpənin boyu 52 sm, çəkisi 3.600 kq-dır.

Xatırladaq ki, Elnarə Xəlilova tele-jurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı 1 qızı, Tuğər və Öndər adlı 2 oğlu var. Yeni doğulan körpəyə Ərtoğrul adı verilib.

Elnarənin oğlunun dünyaya gəlişinin əks olunduğu fotonu sizə təqdim edirik.

 

Xəyalə Xanəziz