Elnarə ərinin tərbiyyəsizliyinə haqq qazandırdı- MƏHŞUR MÜĞƏNNİ JURNALİSTİ TƏHQİR ETDİ

  • By admin
  • 02 Dekabr 2021 09:56

Xəbər verdiyimiz kimi, DSX-nin helikopter qəzasında şəhid olan 14 əməkdaşı ilə vida mərasimi zamanı Baku Tv-nin operatoru və əməkdaşı Tural Müseyibov  ilə nazir Elçin Quliyevin işçisi Rövşən Cahangirov arasında qalmaqal yaşanıb.

Gününsesi.info xəbər verir ki, jurnalistə zor tətbiq edən DSX-nin əməkdaşı Rövşən Cahangirovun mediada yayılan vidogörüntülərindən sonra Elnarə Xəlilova ərinin müdafiəsinə qalxaraq şəxsi instaqram səhifəsində Tural Müseyibova cavab olaraq  bunları yazıb:

“Arvadınıda tanımıram ki, ondan soruşum görüm mənim ərim müharibədə olanda sən hardaydın?!Sən kimsən?Nəçisən?Həmkarsan?Yoxsa karsan?Ay yersiz sənə axı yerini göstərdilər, dedilər gözlə hamı üçün ayrılmış vaxt və yer var.Yoxsa elə bilirsən Mirşahinsən??Mirşahinin heç “m” hərfi də ola bilməzsən.İti qovan kimi qovdular səni nazirlikdən.Ay layk dalıyca qaçan “zurnalist”!Əgər sənə zor tətbiq olunsaydı bunu sənin çalışdığın kanal yayımlayardı, əzik kimi fb səhifəndə paylaşmazdın.Kim də bilməsə biz media işçiləri çox yaxşı bilirik operatorların o fəndlərini.Kameranı çiyindən yerə salmaq fəndi ki, guya buna zor tətbiq edilib.Heç olmasa şəhidə hörmət qoyaydın ay fərsiz.Mən nə danışıram axı səndə hörmət??Müharibə vaxtı şəhidə gey deyən sən deyildin??Səni hamıdan çox müdafiə edəndə mən.İndi sən guya bizi tanımırsan??Ar olsun sənin kimi zurnalitlərə!Vətənin üz qarasısız siz!Belə ağır bir gündə özünüzə şou yarada bildizsə daha sizə sözüm yoxdur.Sənin haqqın yoxdur haqdan danışmağa, danışma!P.S. Həmin tədbirdə 200-ə yaxın mətbu orqanı olub. Hamı da kamerayla.O necə yumruq idi ki, heç kim görmədi və çəkmədi??Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiz!”

Gununsesi.info