Elnarədən İSMARIŞ: "Artıq sağollaşmaq və halallaşmaq vaxtıdır"

  • By admin
  • 24 Mart 2022 12:55

“Kifayət qədər ömür sürmüş biri kimi deyə bilərəm ki, həyatımız adətən müxtəlif mərhələlərdən ibarət olur. Və əlbəttə ki, bu zaman kəsiklərində həyatımıza girən və çıxan insanlar olur. Tale özü bir şəkildə onların uyğun zamanda giriş və çıxışlarını təmin edir. Heç vaxt heç nə üçün heyifslənməyin”. 

Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb.

İzləyiciləri ilə səmimi söhbət edən sənətçi qeyd edib ki, baş verənləri qəbullanmaq və bizi incidənləri vaxtında uzaqlaşdırmaq həyatı daha çox asanlaşdırır:  “Vacib olan o insanların bizim həyatımızdakı roludur, əlbət. Bilin ki, heç nə əbəs yerə deyil. Vacib olan həyatımızdakı hər bir məqamı düzgün dəyərləndirməkdir. Necə ki, geyindiyimiz ayaqqabı ayağımızda rahat olmasını tələb edir, elə də həyatımızdakı insanlar bizə rahatlıq və fərahlıq gətirməlidirlər. Əgər ki, bir insanın həyatınızdakı yeri sizi sıxır və incidirsə, bilin ki, artıq sağollaşmaq və halallaşmaq vaxtıdır. Odur ki, ey həyatımda olmaq istəməyən insanlar, sizə hər şeyi bağışlayır və sevgi ilə buraxıram. Şadam ki, həyatınızda məndən də bir pay oldu. Və əminəm ki, yaşadıqlarımız hələ uzun zaman xatirinizdə qalacaq. Maraqlar dəyişə bilər, təcrübələr də. Zövqlər də. Amma xasiyyət insanda heç vaxt dəyişə bilməz. Ona görə də çalışın xasiyyətinizi də elə formalaşdırın ki, sizinlə uzun yola çıxmaq istəyən bir də çıxmaq istəsin. Di salamat qalın. Hamınıza uğurlar”.

Gununsesi.info