Elnur Əliyevi hansı cəza gözləyir?

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı istintaqa cəlb olunan Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Əgər Elnur Əliyevin təqsiri sübuta yetirilərsə, onu hansı cəza gözləyir?

HTML tutorial

Gununsesi.info xəbər verir ki, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham olunan şəxs 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma külli miqdarda törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Burada “külli miqdar” dedikdə 45 min manatdan artıq olan məbləğ başa düşülür.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər də istintaqa cəlb olunublar.

Dünən isə Səbail rayon Məhkəməsində Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Elnur Əliyev dünən tutduğu vəzifədən azad edilib.

Gununsesi.info