Elnur Əşrəfoğlunun son durumu açıqlandı

  • By admin
  • 21 Sentyabr 2021 10:34

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Gununsesi.info xəbər verir ki, jurnalistin müalicə aldığı “Yeni Klinika”dan Report-a bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.

“Agciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub”, – deyə klinikadan məlumat verilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra “Yeni Klinika”ya köçürülüb.

Gununsesi.info