Elnur Əliyev: “Biologiya ilə fizika ayrıca fənn kimi tədris olunmayacaq”

  • By admin
  • 05 İyun 2023 14:03

“Artıq məktəblərdə fənlərin standartlarına baxılması üçün müzakirələrə başlanılıb”.

Gununsesi.info xəbər verir ko, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, yeni tədris ilindən bütün məktəblərin 6-cı siniflərində yeni məzmunlu təbiət fənninin tədrisinə başlanılıb:

“Bununla da biologiya ilə fizika ayrıca fənn kimi tədris olunmayacaq”.

Gununsesi.info