Elnur Əşrəfoğlunun son durumu - AÇIQLAMA

  • By admin
  • 14 Oktyabr 2021 18:01

“Elnurun vəziyyəti hazırda ağır-stabildir. Qanaxmalar az da olsa, var. Oksigen aparatı ilə nəfəs alır. Boğaz və mədə-bağırsaq qanamaları olur”.

Gununsesi.info xəbər verir ki, bu sözləri bir müddət əvvəl koronavirusa yoluxan Elnur Əşrəfoğlunun yaxın qohumu Əli Həyati deyib.

O bildirib ki, jurnalistin səhhəti haqqında hələ ki, dəqiq bir söz demək olmur:

“Həkimlər üzərində gecə-gündüz çalışırlar. Vəziyyət dəyişir, analizləri ürəkaçan deyil. Durum bir balaca yaxşı olursa, səhəri gün ağırlaşır. Ümid Allaha qalıb”.

Gununsesi.info