Elnur Allahverdiyev: “25 bankımız var və onların da 6 milyarddan yuxarı pulu yatır”

  • By admin
  • 24 Yanvar 2023 16:01
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Elnur Allahverdiyev Azərbaycanda kənd təsərrüfatı sahəsində vəziyyətə diqqət çəkib.
Gununsesi.info xəbər verir ki, Elnur Allahverdiyev hökumətin kənd təsərrüfatı sahəsinə diqqət yetirməsinin vacibliyini qeyd edib:
“Zamanında ölkədə ağır sənaye olubsa da, biz “Mercedes”, “BMW” istehsal edən ölkə olmamışıq, deyilik və olmayacağıq. Kənd təsərrüfatı bizim birinci prioritetimizdir. Yalnız daxili istehlak üçün yox, eləcə də xaricə ixrac üçün geniş potensial var. Sadəcə burada subsidiyalarla bağlı bəzi nüanslar var. Subsidiyaları dövlət ayırır, amma bunlar bütöv rəqəm olaraq verilir.
Bizim 25 bankımız var və onların da 6 milyarddan yuxarı pulu yatır. Subsidiya veririksə, 10 nəfərə yox, 20 nəfərə vermək üçün subsidiyanın faizini, ilkin ödənişini dövlət banka bağlasın. Bu kənd təsərrüfatı ilə məşğul olan fermerlərə böyük dəstək verər”.
Elmar
Gununsesi.info