ELNUR ASLANOV “RANGE ROVER”-İN SÜKANI ARXASINDA - Bakı küçələrində… (Foto)

  • By admin
  • 14 Sentyabr 2016 18:40

elnur

Ötən ay Azərbaycanı tərk etdiyi xəbəri yayılan Prezident Administrasiyasının keçmiş şöbə müdiri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov bu gün Bakıda görünüb.

HTML tutorial

Gununsesi.info “AzPolitika.info”ya istinadən xəbər verir ki, “Gülən camaatı” ilə əlaqədə adı  hallanan E.Aslanovu, Xətai metrostansiyasının yaxınlığında bahalı “Range Rover” markalı 90-EA-090 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında görüb (Çox güman ki, EA seriya nömrəsi xüsusi seçilib – ad-soyadının baş hərflərini ehtiva edir-red.).

elnur01-1024x748

 

elnur02-1024x721

Xatırladaq ki, ötən ay yayılmış xəbərlərdə E.Aslanovun məzuniyyətə çıxaraq ölkəni tərk etdiyi, geri qayıtmayacağı bildirilirdi.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.

Gununsesi.info