Elnur Aslanovun Azərbaycanı tərk etməsi xəbəri yayıldı -NAZİRLİK SUSUR

  • By admin
  • 31 May 2016 10:54

elnur

Aşağıdakı xəbər saytımızda yayımlandıqdan sonra redaksiyamızla əlaqə saxlayan Rəbiyyət Aslanova oğlununun “Nurçu qalmaqalına” görə, PA-dan kənarlaşdırılması ilə bağlı fikirlərə etiraz edib. Rəbiyyət xanım  həmçinin, oğlunun öz işində oldğunu deyib.

************************************************

“Nurçu qalmaqalı” ilə Prezident Administrasiyasındakı vəzifəsini itirən Elnur Aslanovun Rabitə və İnformasiya Texnoligiyaları Nazirliyindəki işindən istefa verməsi barədə “Gununsesi.info”-ya xəbər daxil olub.  Həmin xəbərdə qeyd olunur ki, yeni işindən narazı qalan Elnur Aslanov təhsilinu davam etdirmək adı ilə istefa verərək, ABŞ-a gedib.

Məsələ ilə bağlı adıçəkilən nazirliyin əməkdaşı Kamal Məmmədov bu barədə ancaq yazılı müraciət etməyimizi əsas gətirərək, sualımızı cavablandırmaqdan imtina etdi.

Elnur Aslanovun anası sabiq deputat Rəbiyyət Aslanova isə oğlu barəsində sualımızı əsəbi tonda qarşıladı: “Axı, bizdən nə istəyirlər? Xahiş edirəm ki, bu  barədə məni narahat etməyin. Elnurun iş yerinə zəng edin, harada olmasını sizə deyəcəklər”.

Gülnaz

Gununsesi.info