Yeni medianın tanınmış menecerlərindən olan Elnur Baimov ölkədən gedib. 42 yaşlı menecer ailəsi ilə birgə artıq xeyli müddətdir ABŞ-da yaşayır.
Baimovun Azərbaycanda olan biznesini də ABŞ-a köçürdüyü bildirilir, ancaq iddiaya görə, media layihələrinə dolayısı nəzarəti əlində saxlayır.
Elnur Baimovun artıq ABŞ-da yeni biznesə başladığı da vurğulanır. Onun yaşamağı seçdiyi ölkədə də media işi ilə məşğul olacağı bildirilir.
Qeyd edək ki,Elnur Baimov Fətullah Gülənə yaxınlığı ilə seçilən PA-nin sabiq şöbə müdiri Elnur Aslanovun komandasının əsas üzvlərindən olub.
Gununsesi.info