Elnur Hüseynquluyev mətbuat katibi təyin olundu

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətində yeni təyinat olub.

Şirkətin Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsindən Gununsesi.info-ya məlumata görə, rəhbərliyin müvafiq əmri ilə Elnur Hüseynquluyev Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Mətbuat katibi vəzifəsinə təyinat alıb.

HTML tutorial

Qeyd edək ki, FED.az biznes maliyyə portalının təsisçisi olan E.Hüseynquluyev ölkədə fəaliyyət göstərən bir sıra sığorta şirkətlərində PR menecer və tanınmış mətbuat orqanında maliyyə müxbiri vəzifələrində çalışıb.

Gununsesi.info