Elnur Seyidov karsa salındı -EKSKLÜZİV

  • By admin
  • 13 Avqust 2016 13:17

elnurseyidov2

Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov karsa salınıb. Bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətdəki mənbə məlumat verib. Qeyd edək ki, mediada Elnur Seyidovun həyatına təhlükə olması barədə xəbər yayılıb. O, müəssisədə intizamlı məhkum kimi tanınır və onun hansısa daxili qaydanı pozması inandırıcı deyil.

Xatırladaq ki, MTN-nin keçmiş rəhbərliyi tərəfindən “Texnikabank İşi”nə görə həbs olunan Elnur Seyidov illərdir ki, həbsxana həyatı yaşayır. Onunla birlikdə həbs olunan bankın rəhbəri Etibar Əliyev və digər 23 nəfər azadlıqda olsa da Elnur Seyidov hələ də həbsdədir. O, ağır xəstəlikdən əziyyət çəkir.

Mayil