Elnur Seyidovun şikayətinə baxılır

  • By admin
  • 01 Sentyabr 2016 14:21

elnurseyidov2

Bu gün Bakı Apellyasiya məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə AXCP sədrinin həbsdə olan qaynı “Texnika Bank”ın Yasamal filialının sabiq sədr müavini Elnur Seyidovla bağlı məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun “Azadliq”a istinadən məlumatına görə, onun xəstəliyi ilə bağlı vaxtından əvvəl cəzadan azad edilməməsiylə əlaqədar Qaradağ Rayon Məhkəməsinin qərarından verilmiş şikayət üzrə ilkin baxış iclası baş tutub. Məhkəmə sentyabrın 8-də davam etdiriləcək.

Xatırladaq ki, Elnur Seyidov 2012-ci ilin martında “Texnikabank” işinə görə həbs edilib. Elnur Seyidov 7 il 6 ay azadlıqdan məhrum edilib.

Elnur Seyidovun səhhətində ciddi problemlər var. O, təhlükəli xəstəliklər kateqoriyasına aid edilən dağınıq sklerozdan əziyyət çəkir.

Gununsesi.info