
Dünyaca tanınmış iş adamı, texnologiya mühəndisi və “Twitter”in sahibi Elon Mask “BBC” şirkəti ilə bağlı dəyişikliyə hazırlaşır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, iş adamı “Twitter”də tanınmış media orqanı – “BBC”nin şirkətin etiketinin “hökumət tərəfindən maliyyələşdirilən” yazısını dəyişdirərək “ictimaiyyət tərəfindən maliyyələşdirilən” olaraq yeniləyəcəklərini bildirib.
Mask bu addımını yayımçıya son dərəcə hörmətlə yanaşmaları ilə əlaqələndirir.
Xatırladaq ki, “BBC” şirkəti “Twitter”də şirkət etiketinə etiraz etməsindən sonra bu dəyişiklik gerçəkləşdiriləcək.
Tərcümə: Arzu Sayadoğlu