Elon Mask beyin çiplərinin sınaqlarına başlayacaq

  • By admin
  • 05 Dekabr 2022 10:39

Elon Mask deyib ki, Neuralink beyin implantının yaxın altı ay ərzində insanlar üzərində sınaq mərhələsinə keçiləcəyi gözlənilir.

Milyarder bu fikirləri beyin implantını nümayiş etdirdiyi “Neuralink Show and Tell Fall 2022” tədbiri zamanı səslənidirib.

Elon Mask və başqa iki investorun qurduğu Neuralink korporasiyası implantasiya edilə bilən beyin-kompüter interfeyslərini inkişaf etdirən neyrotexnologiya şirkətidir.

Yayılan məlumata əsasən, meymunlar üzərində keçirilən sınaqlarda çiplər bərkidilmiş heyvanlar özlərinə qəlyanaltı sifariş edərək “telepatik” ünsiyyət qurma qabiliyyətini nümayiş etdiriblər.

Elon Mask bildirib ki, onun beyin implantları əlilliyi olan insanlara yenidən hərəkət etməyə və ünsiyyət qurmağa kömək edə bilər.

Gununsesi.info