Elon Musk Siri səs köməkçisinin fərdiləşdirilmiş versiyasını yaratmaq üçün Google-un Gemini generativ süni intellekt (AI) platformasından istifadə edəcək Apple-Google tərəfdaşlığı ilə bağlı narahatlıqlarını ifadə edib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Sahibkarın sözlərinə görə, bu, artıq Android və Chrome kimi əsas məhsullara nəzarət edən Google-ın əlində həddindən artıq təsirin cəmləşməsinə səbəb olacaq.
Mask X (Twitter)-də paylaşımında yazıb: “Bu, Google-ın əlində əsassız güc cəmləşməsi kimi görünür, çünki onlar artıq Android və Chrome-a sahibdirlər”.
Maskın şərhinə Apple və ya Google tərəfindən rəsmi cavab verilməyib.
Maqsud












