Elon Musk “tarixdə ən böyük şəxsi sərvət itkisinə görə” Ginnesin dünya rekordunu qırdı

  • By admin
  • 12 Yanvar 2023 00:20

Dünyanın ən varlı iş adamlarından biri olan Tesla və SpaceX-in qurucusu İlon Mask bu dəfə sərvətindəki itkilərlə gündəmə gəlib.  Elon Musk “tarixdə ən böyük şəxsi sərvət itkisinə görə” Ginnesin Rekordlar kitabına düşüb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə,  İlon Mask 182 milyard dollar zərər edib.

Ginnesin Rekordlar Kitabına görə, keçən il Twitter sosial media platformasını satın alan Mask, tarixin ən böyük şəxsi sərvət itkisi rekordunu qırıb. Ginnesin Rekordlar Kitabı Muskın 2021-ci ilin noyabrından 2022-ci ilin dekabrına qədər təxminən 182 milyard dollar itirdiyini açıqlayıb.

Guinness Forbes-in məlumatlarını əsaslandırdığı sərvət itkisi ilə bağlı dəqiq rəqəmi müəyyən etməyin mümkün olmadığını bildirib.

Bir çox mənbələr bu rəqəmin 200 milyard dollara yaxın ola biləcəyini iddia edir.

Forbes-in məlumatına görə, Maskın hazırkı sərvəti təxminən 138 milyard dollara düşüb.

“Keçən il Twitter-i 44 milyard dollara satın alan Maskın 2021-ci ilin Noyabr ayından bəri sərvət itkisi, 2000-ci ildəki 58,6 milyard dollarlıq rekord itkini keçib” deyə  yapon texnoloji investor Masayoshi Son deyib.

Maskın dünyanın ən zəngin adamları statusunda yerini Louis Vuitton moda markasının sahibi fransız Bernard Arnault-a itirdiyi də öyrənilib.

BBC-də aparılan təhlilə görə, elektrik avtomobil şirkəti Tesla-nın səhmləri Musk Twitter-i aldıqdan sonra dəyər itirib.

 

Tərcümə:

Afət Abbasova