Elon Musk Twitter reklamlarına görə Apple ilə mübahisə edib

  • By admin
  • 29 Noyabr 2022 12:49

Twitter-in yeni sahibi Elon Musk bildirib ki, Apple şirkəti sosial media platformasını tətbiq mağazasından silməklə hədələməkdə günahlandırıb.

Gununsesi.info-nun xəbərinə görə, Musk bildirib ki, Apple Twitter-dəki reklamlarını  dayandırıb.

HTML tutorial

Mübahisə, Maskın məzmun idarəetmə planlarına görə bir çox şirkətlərin Twitter-də reklam xərclərini dayandırdığı bir vaxtda başlayıb.

 

Musk, Twitter-in gəlirlərində “böyük” azalma gördüyünü söyləyib. O, həmçinin, bir sıra paylaşımlarda Apple-ı senzurada günahlandırıb və onun siyasətini, o cümlədən tətbiq mağazasında edilən satışlardan pay almaqda ittiham edib.

 

Tərcümə:

Afət