Əlsəgər Məmmədlinin səhhəti ilə bağlı qardaşı açıqlama verib

  • By ilhame
  • 08 İyul 2024 20:11

İyulun 8-də Ələsgər Məmmədlidən götürülmüş analizin nəticələri açıqlanıb. Ondan götürülmüş biopsiyanın nəticələrinə görə boğaz nahiyyəsindəki şişin xoşxassəli olduğu müəyyən edilib.

 

Gununsesi.info-nun məlumatına görə, Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib ki, bu gün Ələsgər Məmmədli onunla telefonla danışıb.

 

Əlsəgər bəy təcridxanadan zəng etmişdi. O bildirdi ki, keçən həftəsonu biopsiyanın nəticəsi açıqlanıb. Görüntünün kistik degenerativ xoşxassəli follikular düyün ilə uyğun gəldiyi bildirilib. Şişin xoşxassəli olması sevindirici xəbər olsa da buna şübhəli yanaşmağımıza ciddi əsaslar var“.

Gununsesi.info