“Elşən Məmmədov rəis müavini təyin olunmayıb, sadəcə, icra məmurudur” - ƏDLİYYƏ NAZİRLİYİNDƏN REAKSİYA

  • By admin
  • 28 İyul 2016 15:54

faiq

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Gəncə şəhər İdarəsinin sabiq bölmə rəisi Elşən Məmmədovun  Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini təyin edilməsi ilə bağlı məlumat vermişdik. Ədliyyə Nazirliyinin (ƏN) İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov isə  Gununsesi.info ilə əlaqə saxlayaraq, E.Məmmədovun Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini təyin edilməsi ilə bağlı məlumatın doğru olmadığını bildirib. O, qeyd edib ki, E.Məmmədov sadəcə, adıçəkilən idarədə 2014-cü ildən icra məmuru vəzifəsində işləyir və onun rəis müavini təyin olunması ilə bağlı hər hansı bir məsələ də gündəmdə deyil.

Gununsesi.info