Elşad Eyvazlı beynəlxalq təşkilatda sədr müavini SEÇİLDİ

  • By admin
  • 24 Oktyabr 2019 17:48

Bu gün Ankarada Qlobal Qəzetçilər Şurasının (Küresel Qazeteçiler Konseyinin) İdarə Heyətinin toplantısı keçirilib.

Gununsesi.org xəbər verir ki, iclasda azərbaycanlı jurnalist, Parlament Jurnalistləri  Birliyinin sədri, Modern.az saytın rəhbəri Elşad Eyvazlı Şuranın xarici əlaqələr üzrə sədr müavini seçilib. Xarici ölkələrlə bağlı bütün əlaqələr E.Eyvazlıya həvalə olunub.

Xatırladaq ki, Qlobal Jurnalistlər Şuraşı 9 yanvar 2019-cu ildə Ankarada təsis edilib. Anadolu Mediası Gücbirliyi Platforması (AGP) və DİM Medianın İdarə Heyətinin sədri Mehmet Ali Dim təşkilatın qurucu sədri seçilib. Azərbaycandan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı da qurucular arasında yer alır.

Bir neçə gün əvvəl Qlobal Jurnalistlər Şurasının Bakıda da toplantısı təşkil edilib. Toplantı çərçivəsində Azərbaycanda önəmli görüşlər keçirilib.

Azərbaycanda keçirilən toplantıda Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi qəbul edilib. Oktyabrın 14-də Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Qlobal Jurnalistlər Birliyini rəsmən təsdiqləyib.