Elşad Miridən Həccdən qayıdan QMİ sədrinin müavininə ironiya - HƏCCƏ GETMƏYİ ZƏFƏR SAYIR

Tanınmış ilahiyyatçı ekspert Elşad Miri Həcc ziyarətindən qayıdan QMİ sədrinin müavini Hacı Salman Musayevi tənqid edib.

Gununsesi.info bildirir ki, Elşad Miri “Bu mollalar həcc ziyarətində Qarabağda qazandığımız qələbəmizlə müqayisə edilən hansı zəfəri qazanıblar?” deyə əlavə edib:

“Bilən varsa, xahiş edirəm qeyd etsin. Biz də bilmədən ölkənin mollalarının günahına girməyək…

Möhtəşəm Qarabağ Zəfərimizi bunların bu cür cılızlaşdırmasına ümid edirəm ki, layiqli cavab veriləcək”.

Şəbnəm
Gununsesi.info