Qaynarinfo-nun məluamtına görə, müvafiq əmrlə Adıgözəlov Seymur Elmir oğlu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
Seymur Adıgözəlov bu təyinatadək İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. O, həm də “Bakı Gəmiqayırma Zavodu”nun direktorudur.
Qeyd edək ki, kadr dəyişikliyi İqtisadiyyat Nazirliyinin saytında da yer alıb.