Elşad Nuriyev yeni vəzifəyə gətirildi

  • By admin
  • 16 İyun 2022 13:17

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Elşad Nuriyev təyinat alıb.

O, agentliyin İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Bu təyinata qədər Elşad Nuriyev “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə rəhbərlik edib. Elşad Nuriyev “bp Azərbaycan”da, “Azpetrol”da və ADA Universitetində çalışıb, müxtəlif kənd təsərrüfatı və sənaye holdinqlərində rəhbər vəzifələrdə işləyib.

Bundan başqa, Rəvayət Mustafayev agentlik sədrinin birinci müavini təyin olunub.  O bundan əvvəl “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini işləyib.

Eyni zamanda Elxan Şiriyev də agentlik sədrinin müavini təyin edilib. O, 2012-ci ildən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də müxtəlif vəzifələrdə çalışıb və 2019-cu ildən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini vəzifəsini icra edib.

Digər əmrlə Zamir Dibirov agentlik sədrinin müavini təyin edilib. O bundan əvvəl “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də Aqroparklarla iş departamentinin müdiri, “Aqrar Tədarük və Təchizat” ASC-də müdir müavini vəzifələrində çalışıb.

Fuad Məhərrəmov də agentlik sədrinin müavini təyin edilib. Fuad Məhərrəmov bu təyinata qədər “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini, “Azərbaycan İnvestisiya Şirkəti” QSC-də icraçı direktorun müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən altı sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), dörd sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir. Bundan başqa, agentliyin nəzdində Peşə Təhsil Mərkəzi də fəaliyyət göstərir.

Gununsesi.info