
Çoxdandır planlaşdırılan Elton Con və Vladimir Putin görüşməsi yenə baş tutmayıb. Prezidentin qrafikinin sıxlığı bu görüşü yenidən təxirə salıb. Gununsesi.info-nun xarici mətbuata istinadən məlumatına görə, görüş barədə hələ mart ayından xəbərlər var. Əvvəl qalmaqalla başlasa da sonradan öz həllini tapmışdı. Belə ki, ötən il bir şəxs prezident Vladimir Putin adından məhşur müğənniyə zəng vuraraq onunla görüşmək istədiyini dilə gətirib. Sonra məlum olub ki, müğənni ilə zarafat ediblər. Bu xəbəri öyrənən Vladimir Putin həqiqətən Elton Cona telefon açaraq görüşü reallaşdıracağını bildirib. Yayılan məlumata görə Elton Con Rusiya başçısı ilə həmin ölkədəki seksual azlıqların hüquqlarının müdafiəsi barədə müzakirə aparmaq istəyir.
Sevinc Xeyrulla