Elvin Cəfərquliyevi bu cəza gözləyir

  • By ilhame
  • 08 Avqust 2024 13:59

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turu ilə bağlı qərarlar qəbul olunub.

 

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev “Araz-Naxçıvan”la oyunda qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalanıb.

 

Digər qərarlar isə aşağıdakı kimidir:

 

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

 

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilib.

“Qarabağ” klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.

“Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib.

 

“Sumqayıt” – “Kəpəz” görüşündə oyun günü planı pozulduğuna görə “Sumqayıt” klubu 1000 manat cərimə edilib.

Gununsesi.info