Elvin Mürsəliyev misirli rəqibini məğlub edərək “Rio-2016”ya qələbə ilə başladı

  • By admin
  • 14 Avqust 2016 17:25

el-rov-1

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının doqquzuncu günündə – avqustun 14-də yunan-Roma güləşi yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı Elvin Mürsəliyevin çıxışı uğurlu olub.

Gununsesi.info xəbər verir ki, turnirdə 75 kiloqram çəki dərəcəsində yarışan güləşçimiz Azərbaycan təmsilçisi, ilk Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev 1/16 final mərhələsində Misir təmsilçisi Mahmud Fevzi Rəşad Sebye ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elvin Mürsəliyev səkkizdəbir final mərhələsinə yüksəlib.

Gununsesi.info